Neyrocərrahiyyədə Lazer İstifadəsi

Neyrocərrahiyyə praktikasında lazer həm diaqnostikada, həm də müalicədə uzun müddət istifadə olunur. Lazer texnologiyası günü-gündən inkişaf edir, yeni cihazlar hazırlanır və yeni istifadə sahələri yaranır. Lazer cihazları yüksək enerjiləri və istifadə olunduğu toxumanın həssaslığı səbəbindən çox geniş yayılmayıb. Ümid edirik ki, yaxın gələcəkdə neyrocərrahlar üçün daha effektiv və təhlükəsiz lazer cihazları hazırlanacaq və onların geniş istifadəsinə imkan verən üsullar ortaya çıxacaq.

Neyrocərrahiyyədə lazerin ilk istifadəsi 1966-cı ilə təsadüf edir. Əməliyyat zamanı serebral qan axınının ölçülməsində diaqnostik olaraq ən çox istifadə olunur. Müalicə məqsədi ilə beyin şişlərində sərt şişləri kəsmək üçün bir neşter kimi istifadə edilə bilər. Lazer texnologiyası ilə damarlar ucdan uca əlavə oluna bilər ,(mikroanostomoz) və ya xəstə damar nahiyəsini by-pass yolu ilə keçmək olar. Epilepsiya və beyin şişlərində lazerin yaratdığı termal terapiya aparıla bilər. Lazer terapiyası beyin qanaması, istilik zədələnməsi, infeksiya və damarların zədələnməsi səbəbindən tutma kimi yan təsirlərə də səbəb ola bilər.